banner
banner

İdman

"Qarabağ"ın rəqibləri - biri qalib gəldi, digəri uduzdu

"Qarabağ"ın rəqibləri - biri qalib gəldi, digəri uduzdu

Yunanıstan çempionatında 4-cü turun oyunları keçirilib. 

Qol.az-ın məlumatına görə,  Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan PAOK da növbəti matçını keçirib.

Saloniki təmsilçisi səfərdə "Asteras"la qarşılaşıb. Oyun PAOK-un 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, PAOK 6 xalla 6-cı pillədə qərarlaşıb.

Ağdam təmsilçisinin Avropa Liqasının qrup mərhələsindəki digər rəqibi “Slovan” isə Çexiya çempionatının 7-ci turunda səfərdə "Slaviya" ilə qarşılaşıb Libereç təmsilçisi  1:2 hesabı ilə məğlub olub.

"Slovan" hazırda 5 xalla 15 klub arasında 13-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, "Qarabağ"ın qrupda digər rəqibi "Fiorentina" dünən İtaliya A Seriyasının 4-cü turunda evdə "Roma"nı 1:0 hesabı ilə məğlub edib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.