İnternetdə artıq iki gündür ki, latın amerikalı müğənni Riki Martinin yol-nəqliyyat hadisəsində həlak olması barədə şayiələr yayılıb, amma onun mətbuat katibi ifaçının sağ olması haqqında bəyanat verib.
Bu barədə Oxu.Az xəbər verir.
İnternetdə Martinin yanvar ayının 2-də Los-Ancelesdə dəhşətli qəzada həlak olduğu xəbər verilib.
Sosial şəbəkə istifadəçiləri baş sağlığı və hüznlərini paylaşdıqları zaman ərzində müğənninin mətbuat katibi bəyan edib ki, Riki Martin sağ və salamatdır. İfaçı uğursuz zarafatın qurbanı olub.
“O, bu yalanın qurbanı olan məşhurlardan biridir. O, əvvəlki kimi sağ və salamatdır, ona görə də internetdə hər gördüyünüzə inanmayın”, - mətbuat katibi bildirib.
İstənilən halda Riki Martinin fanatları səbirsizliklə müğənninin ictimaiyyətə müraciətini gözləyirlər.
Xatırladaq ki, bu yaxınlarda 42 yaşlı Riki Martinin və üç il birlikdə olduğu maliyyəçi Karlos Qonsalesin münasibətləri sona çatıb. 2010-cu ildə Riki özünün qeyri-ənənəvi oriyentasiyasını bəyan etdikdən sonra Karlosla evlənəcəklərini bəyan etmişdi.
Toyun baş tutub tutmaması məlum deyil, amma Martinin iki uşağını (surroqat anadan onun iki əkiz oğlu - Matteo və Valentino dünyaya gəlib) tək başına tərbiyə etdiyi məlumdur.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.