banner
banner

İdman

İstanbul derbiləri ilə bağlı yeni qərar verilib

İstanbul derbiləri ilə bağlı yeni qərar verilib
Türkiyə Superliqasının növbəti turu ərəfəsində İstanbul nəhənglərinin azarkeşləri sevindirici xəbər alıb. Apasport.az saytının məlumatına görə, “Qalatasaray”, “Fənərbaxça” və “Beşiktaş” arasında prinsipial görüşləri qonaq komandaların azarkeşləri də izləyə biləcək.
 
Buna İstanbul Valiliyi İdman Təhlükəsizliyi Şurasının bu gün çıxardığı qərar imkan verib. Qurumun yığıncağında derbilərə tətbiq olunan qadağanın aradan götürülməsinə qərar verilib.
 
Artıq sentyabrın 24-də keçiriləcək “Beşiktaş” – “Qalatasaray” görüşündə “sarı-qırmızılar”ın da fanatları iştirak edə biləcək. Bu matçda “Cim-Bom”sevərlərə 2110 yer ayrılacaq.
 
Bir neçə ildi mövcud qadağa derbilər üçün aradan qaldırılsa da, yeni qərar “Trabzonspor”un matçlarına şamil olunmayacaq. Çünki Trabzon bölgəsi Təhlükəsizlik Şurası futbol və basketbol matçları zamanı 3 nəhəngin azarkeşlərinin iştirakına icazə verilməməsinə qərar verib. “Beşiktaş”la “Bursaspor” arasında görüşlər üçün də eyni cəza qüvvədə qalmaqdadı.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.