Xatirə İslam “10LAR” da odlu-alovlu açıqlama verib. Gecce.az xəbər verir ki, Xatirə onun ayağını qazmağa çalışan həmkarlarına səslənib. O, heç vaxt sənəti tərk etməyəcəyini “Onlar”ın vasitəsilə bəyan da edib.
“Səhnəni verib hara gedirəm? Heç vaxt! Bir il analıq məzuniyyətinə görə səhnədə olmadım. Qayıdan kimi də ardınca davam etdim. Mənim öz yerim var. O yerin ətrafında indi də fırlananlar var. Heç kəs ayağımın altını qazmağa çalışmasın. Allah hamının ruzisini verir. Heç kim heç kimi əvəz edə bilməz. “
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.