banner
banner

Dünya

Keçmiş baş nazirə 7 il həbs cəzası verildi

Keçmiş baş nazirə 7 il həbs cəzası verildi
Tiflis Şəhər Məhkəməsi Gürcüstanın keçmiş baş naziri Vano Merabişviliyə 6 il 9 ay həbs cəzası verib.
 
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Gürcüstan mətbuatı yayıb.
 
Qeyd edək ki, Merabişvili 2005-ci ildə deputat Valeri Gelaşviliyə hücumda ittiham olunur. Rəsmi Tiflisin iddiasına görə, 2005-ci ildə Saakaşvilinin təhqir edilməsindən sonra məhz Merabişvili xüsusi təyinatlılara Gelaşvilinin döyülməsi haqqında əmr verib.
 
Merabişvili artıq uzun müddətdir ki, həbsdədir. O, 2011-ci ilin mayında müxalifətin keçirdiyi mitinqin güc yoluyla dağıdılmasında ittiham olunub və ona 4,5 il həbs cəzası verilib.
 
Merabişvili 2004-2012-ci illərdə Gürcüstanın daxili işlər naziri, 2012-ci ildə isə 4 ay baş nazir olub. O, eks-prezident Mixail Saakaşvilinin ən yaxın adamlarından hesab edilir. 
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.