banner
banner

Sosİal

Ağsuda şok olay: Qız toydan bir gün öncə başqasına qoşulub qaçıb

Ağsuda şok olay:
Ağsu rayonunda qız toyuna bir gün qalmış başqası ilə qaçıb.
Qızın qaçma səbəbi ailəsinin onu sevmədiyi oğlanla evliliyə məcbur etməsidir.
Məlumata görə, ailəsi qızı İsmayıllı rayonun Topçu kəndindən olan qohumuna nişanlayıb. Bir ildən çoxdur ki, onlar nişanlı olub. Qız isə əvvəldən bu münasibətə razı olmayıb və ailəsinə başqasını sevdiyini deyib. Oğlanın anasının ağır xəstə olduğunu və qohumluq münasibətlərini nəzərə alan ailə qızının etirazlarına etinasız yanaşıb. Qızı məcburi nişanlayıb. Bir müddət əvvəl qız toyu olub. Lakin oğlan toyuna bir gün qalmış qız sevdiyi oğlanla qaçıb. Qızın ailəsi onu tapıb evə qaytarmaq istəsə də, qız etiraz edib və evlərinə qayıtmayıb.
Lakin oğlan evinə bu barədə heç nə deyilməyib. Toy günü oğlan evi gəlini gətirmək üçün Ağsuya gedib və qızın başqası ilə qaçdığını öyrənib.
Bu hadisədən oğlan şoka düşüb. Ancaq sakitləşdirici iynə vuraraq onu sakitləşdirirlər.
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.