banner
banner

Dünya

Trampdan sadə tovlama fəndi: bəsit şüarlar, böyük vədlər...

Trampdan sadə tovlama fəndi:
ABŞ prezidentliyinə əsas namizədlər, demokrat Hillari Klinton və respublikaçı Donald Tramp seçkiqabağı təbliğat məqsədilə ölkənin hər yerini gəzərək seçicilərin dəstəyini qazanmağa çalışırlar.
 
Cəmi bir ay bundan öncə demokratların namizədi Hillari Klinton reytinqlərdə rəqibi Donald Tramp qarşısında ən az 10 faizlik üstünlüyə malik idisə, hazırda vəziyyətin kəskin surətdə dəyişdiyini söyləmək olar.
 
Donald Trampın həm seçki kampaniyasını uğurla aparması, həm də Hillari Klintonun səhhəti ilə bağlı yaranan problemlər bütün hesabları respublikaçılaırn xeyrinə dəyişib.
 
ABŞ-n 40-a yaxın ştatında vətəndaşların hansı namizədə səs verəcəyi indidən bəllidir. Namizədlər məhz yerdə qalan 10 ştatda prezidentlik uğrunda mübartizə aparırlar.
 
Həmin bölgələr seçkilərin nəticələrini bu və ya digər namizədin xeyrinə həll edə bilirlər.
 
Bunlardan biri də Pensilvaniya ştatıdır.
 
Yaxın günlərdə həmin ştatda respublikaçıların namizədi Donald Tramp seçiciləri ilə görüş keçirib.
 
Musavat.com xarici mediaya istinadən həmin görüşdən müəyyən təfərrüatları oxuculara təqdim edir.
 
Qeyd olunur Tramp Pensilvaniyadakı tərəfdarları ilə ştatın Çester şəhərində görüşüb.
 
Trampın seçicilərlə görüşü daha çox konsert-şounu xatırladıb.
Görüş zamanı rok, kantri musiqiləri səsləndirilib.
 
 
ABŞ prezidentlyinə namizədi isə səhnəyə basketbol məşqçisi Bobbi Nayt  dəvət edib.
 
“Tramp əla oğlandır. O, milli deyil, beynəlxalq səviyyyədə olan bir adamdır. Əgər Tramp prezident seçilsə o zaman onun bütün dünya ilə məşğul olmağa imkanı olacaq. Çünki onlar (xarici liderlər) artıq onu tanıyırlar. O, çox ağıllı və pəhləvan kimi güclüdür” deyə keçmiş basketbolçu respublikaçı namizədə əsl tamada tərifi verib. 
 Trampın seçki qərargahı Rusiyada hər bir üsulla özünə rəqib buraxmayan Putini örnək verməkdən belə çəkinməyib.
 
Bobbi Naytın təqdimatından sonra səhnəyə, günün əsas qəhrəmanı, yəni Donald Tramp çıxıb.
 
Tramp öz çıxışını tərəfdarlarının alqışları ilə tez–tez kəsib. (Müşahidəçilər mitinqin texniki personalının bunu etmək üçün dəridən-qabıqdan çıxdığını bildirir).
 
 
Tramp öz manerasına uyğun olaraq seçkiqabağı vədlərini bir-bir sıralayıb.
O, Ağ Evə gedərək korrpupsiyalaşmış isteblişment”i yıxacağını, Amerikanı yenidən təhlükəsiz bir ölkəyə çevirəcəyəni vəd edib.
 
Müxtəlif “azlıqları təhqir edən namizəd”  imicini düzəltmək məqsədilə Tramp ABŞ-ın qaradərili və ispandilli əhalisinin hamıdan çox təhlükəyə məruz qaldığını söyləyib.
 
O, prezident Barak Obamanın iqtidarı dövründə işsizliyin artdığını iddia edib və bunun ən çox latın amerikalı və afro-amerikan mənşəli vətəndaşlara ziyan vurduğunu söyləyib.
 
Qeyd olunur ki, Trampı dəstəkləməyə gələnlər arasında latın amerikalı insanlar da olub. Məsələn, Kota-Rikadan gələn Melissa aldı immiqrant Trampın qeyri-leqal miqraisya ilə mübarizə ilə bağlı fikirlərini bəyəndiyini sölyəyib. 
 
 
Qadının sözlərinə görə, Klintonu dəstəkləyən latın amerikalılar əsasən hökumətdən bol güzəştlər qoparmaq istəyən adamlardır.
 
Tramp isə danışdığı mövzuları ildırım sürətilə dəyişməklə yadda qalıb. Respubikaçı namizəd ilk olaraq ABŞ-da təhsil sahəsində situasiyanı düzəldəcəyini vəd edib. Daha sonra isə ABŞ tarixində ən aşağı vergiləri gətirəcəyini bildirib. Milyarder namizəd prezident seçiləcəyi ilk gün Obamakare , yəni prezident Barak Obamanın özünü ən böyük nailiyyəti saydığı və öyündüyü tibbi sığorta proqramının aradan qaldıracağını söyləyib. Respublikaçı namizəd bundan sonra İranla imzalanan nüvə sazişini tənqid edib. Sonra yenə birdən daxilə, ABŞ iqtisadiyyatına qayıdıb və avtomobillərin Meksikada istehsal edilməsindən narazılığını ifadə edib. Bu mövzudan sonra isə o,  yenə mövzunu dəyişərək islam terrorizminə qalib gələcəyini bəyan edib.
Trampın bu vədləri içərisində tərəfdarları üçün ən xoşa gələni və ən yadda qalanı isə Meksika ilə sərhəddə divar tikəcəyi ilə bağlı vədi olub: “Biz divar hörəcəyik, Meksika isə buna çəkilən xərcləri ödəyəcək.. Onlar bunu hələ bilmirlər, amma divarı tikməli olacaqlar”.
Xatırladaq ki, sentyabrın əvvəllərində Tramp Meksikada prezident  Enrike Penya Nyeto ilə görüşüb və həmin görşdə tikilələcək divarın sponsorluq məsələsi gündəmdə olmayıb.
Donald Tramp mitinqdə jurnalistləri də “unutmayıb”. 
Qeyd olunur ki. Mitinqdə mətbuat nümayəndələri üçün xüsusi yer ayırılıbmış.  Tramp əlini kameralara və KİV nümayəndələrinə yönəldərək, “baxın, onlar sizi göstərən deyil” deyə çığırıb. Tərəfdarları isə onun bu çağırışına əməl edərək jurnalistlərə tərəf dönüb onları “xoş” sözlərə qonaq ediblər.
 
Bu arada Trampa qarşı ABŞ-n məşhur şəxslərindən sərt tənqidlər gəlməkdə davam edir.
Bunlardan biri də Azərbaycan musiqisevərlərinə, xüsusilə də ABŞ-ın rok musiqisinin fanatlarına yaxşı tanış olan, məşhur rok musiqiçisi, Oskar mükafatçısı Bryus Sprinqstindir. (kino həvəskarları onu “Filadelfiya” və “Cerri Maguayr” filmələrinə yazdığı musiqiləri ilə də tanıyırlar).
 
Sprinqstin ABŞ demokratiyasının bir axmağın mühasirəsində olduğunu bildirib. Axmaq deyərkən, o, məhz Trampı nəzərdə tutduğunu gizlətməyib.
 
Картинки по запросу bruce springsteen
 
Sprinqstin Trampın ağ milliyətçilik və radikal sağçı   ritorikasının ölkə üçün  təhlükəli olduğunu bildirib.
 
Sprinqstinin sözlərinə görə, Trampın söylədiyi sözlər başqa bir namizədin öz kampaniyasını dərhal bitirməsinə səbəb olardı.
 
“Tramp mürəkkəb məsələlərə olduqca sadə cavablar verir. Mürəkkəb məsələlərə yanlış cavablar verir. Bu isə olduqca cazibəli görünür” deyə dünyaça məşhur rokçu bildirib.
Sprinqstin Demokrat partiyasının namizədi Hillari Klintonun isə ABŞ üçün ən layiqli namizəd olacağını iddia edib: “Mən Hillarini sevirəm. Düşünürəm ki, o, çox gözəl prezident olacaq”.
musavat


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.