banner
banner

İdman

Bezotosnıdan yeni rekord

Bezotosnıdan yeni rekord
Topaz Premyer Liqasının VI turunda “Qəbələ” səfərdə “Zirə”nin qonağı olub. 2:0 hesabı ilə qalib gələn “qırmızı-qaralar” mövsümün 6-cı oyununda da qapısını toxunulmaz saxlayıb. 

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Roman Qriqorçukun  komandası “Kəpəz” (2:0), “İnter” (0:0), “Neftçi” (8:0), AZAL (3:0) və “Sumqayıt”la görüşlərdə də qol buraxmayıb. 

Altı matçda rəqib qapılarına 17 top vuran “Qəbələ” tarixinin ən uğurlu startına imza atıb. “Qırmızı-qaralar”ın qapıçısı Dmitri Bezotosnı isə öz rekordunu yeniləyib. Ötən mövsümün son iki matçında – AZAL (2:0) və “Kəpəz”lə (1:0) görüşlərdə də qol buraxmayan ukraynalı qolkiper ardıcıl “quru” oyunlarının sayını 8-ə çatdırıb. Bu, klub tarixində 2-ci belə seriyadır. 2010-cu ilin sonunda “Qəbələ” ardıcıl 10 matçda qol buraxmayıb.

Bezotosnı isə sonuncu dəfə mayın 11-də “Qarabağ”la qarşılaşmanın 32-ci dəqiqəsində qol buraxıb. Həmin vaxtdan sonra qapısını 778 dəqiqə toxunulmaz saxlayan Dmitri ötən mövsümkü nəticəsini geridə qoyub. Həmin vaxt ukraynalı əlcək sahibi 727 dəqiqə qol buraxmamışdı. Bu dəfəki seriya Bezotosnıya İFFHS (Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası) tərəfindən tərtib olunan və ən azı 660 dəqiqə qol buraxmayan qapıçıların siyahısına 2-ci dəfə düşmək imkanı verib. Lakin Bezotosnı “Qəbələ”nin tarixinin rekordunu yeniləmək üçün növbəti matçları gözləməlidir. Azərbaycan çempionatları tarixində 9-cu olan Dmitri bu siyahıda 5-ci olan Pavel Doroşevdən 174 dəqiqə geri qalır. “Qəbələ”nin rekordçusu 2010-cu ildə 952 dəqiqəlik seriyaya imza atmışdı.

“Qəbələ” startda 6 oyun qol buraxmayan 3-cü komanda olub. 1998/99 mövsümündə “Dinamo”, 2010/11 mövsümündə “Xəzər Lənkəran” bunu bacarıb. Startda ən uzun qol buraxmamaq seriyası da cənublulara məxsusdur. Bakılılar 7-ci oyununda qol buraxıbsa, Lənkəran klubu yalnız 8-ci matçında qapısında qol görüb. “Qəbələ” növbəti turda qol buraxmasa, “Xəzər Lənkəran”a məxsus rekordu təkrarlayacaq.
“Zirə” ilə qarşılaşma Teo Uiksin dublu ilə də əlamətdar olub. Ölkə çempionatlarında qol hesabını açan liberiyalı “Qəbələ”nin tarixində 41-ci dublun müəllifi olub. O, bunu bacaran 28-ci futbolçudur.

Bunadək keçirdiyi son 3 oyunda da qalib gələn “Qəbələ” mövsümün rekorduna da şərik olub. “Qırmızı-qaralar” cari mövsümdə ardıcıl 4 matçda 3 xal qazanan 2-ci komanda olub.
 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.