Türkiyəli müğənni Kibariye ilə bağlı yeni iddia ortaya atılıb. Onun "aldolan" aludəçisi olduğu ortaya çıxıb. İfaçının "hamiləyəm" açıqlamasını da bu dərmanın təsirindən dediyi bildirilib. Çox güclü ağrıkəsici olan dərmanın təsiri ilə Kibariyenin qeyri-normal hərəkətlər etdiyi deyilir. Bu dərmanı qəbul edən hər bir insan kimi müğənni də etdiklərinin kənardan diqqət çəkmədiyini düşünür. Sənətçi qırmızı reseptlə satılan dərmanı klinikalardan birindən alır.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.