"Qəbələ"nin futbolçusu Nika Kvekveskiri Gürcüstan millisinə çağırılmayıb.
Buna səbəb onun zədəsinin hələ də sağalmamasıdır.
Buna görə o, DÇ-2018-in seçmə mərhələsində oktyabrın 6-da Uels, 9-da İrlandiya ilə keçiriləcək matçlardan kənarda qalıb.
Həkimlər onun sözügedən görüşlərədək tam forma yığma bilməyəcəyi qənaətinə gəldiyi üçün Gürcüstan millisinin baş məşqçisi Vladimir Vayss Kvekveskiriyə dəvət göndərməyib.
Qeyd edək ki, Kvekveskiri Avropa Liqasının qrup mərhələsində "Anderlext"lə səfər oyunu öncəsi məşq zamanı zədələnib.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.