banner
banner

İdman

İtaliya polisi 20 dəqiqə Azərbaycan azarkeşlərinin “başını qatdı”

İtaliya polisi 20 dəqiqə Azərbaycan azarkeşlərinin “başını qatdı”
Avropa Liqasının 2-ci turu çərçivəsində Florensiyada "Fiorentino" və "Qarabağ" (5:1) arasında keçirilən matç zamanı xoşagəlməz hadisə yaşanıb.
 
Belə ki, İtaliya polisi Azərbaycan azarkeşlərinin yerini dəyişdirməyə qərar verib və onları oturduqları sektordan çıxarmağa başlayıb.
 
"20 dəqiqə polis bizim "başımızı qatdı” və biz qapının arxasındakı tribunaya keçməyə məcbur edildik”.Virtualaz.org-un məlumatına görə, Milli dəstə fan-hərəkatının facebook səhifəsində belə yazılıb.
 
Bizim azarkeşlərimizi, öz dediklərinə görə, başqa sektora qəsdən yavaş aparıblar ki, onlar "Qarabağ"a lazımi dəstək verə bilməsinlər.
 
"Düzdür, "Qarabağ" biz ümid etdiyimiz oyunu göstərmədi, amma matçın sonuna kimi biz komandanı dəstəklədik", - deyə Milli dəstənin Şamil adlı qeyd edib.
 
Xatırladaq ki, Milli dəstə bir fanat hərəkatdır, və səfər matçlarında Azərbaycan komandalarını dəstəkləyir. Onun üzvləri Avropada yaşayan azərbaycanlılardır.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.