banner
banner

Dünya

Prokurorlar NAZ-da gəzəcək - Qaralovdan qərar

Prokurorlar NAZ-da gəzəcək - Qaralovdan qərar
Prezident İlham Əliyevin tövsiyyəsindən sonra dövlət qurumlarının xidməti avtomobil kimi Naxçıvan Avtomobil Zavodu (NAZ) tərəfindən istehsal olunan “NAZ-lifan”dan istifadəsi artmaqdadır. 
 
Gununsesi.info-nun xəbərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən sonra Baş Prokurorluq da bu avtomobillərdən sifariş edib. Artıq prokuorluğun bir neçə idarə və şöbələrinin rəisləri üçün xidməti “NAZ-lifan” alınıb.
 
Prokurorluq işçilərinin peşə bayramı zamanı (1 oktyabr) bir çox prokuror Fəxri Xiyabana məhz yeni NAZ-larla gəliblər.
 
Xatırladaq ki, Naxçıvan Avtomobil Zavodu hazırda 8 çeşiddə minik avtomobili istehsal edir.
 
İstehsal olunan modellər "NAZ-Lifan 720",  "NAZ-Lifan 820" (Premium modellər), "NAZ-Lifan 620", "NAZ-Lifan 630" (sedan modellər), "NAZ-Lifan X50" və X60 (SUV), "NAZ-Lifan 320" və "NAZ-Lifan 330" (Mini) modelləridir.
 
"NAZ-Lifan 720" modelinin qiyməti 14 min manatdan, 820 modelinin qiyməti 22 min manatdan, X60 modelinin qiyməti də 14 min manatdan başlayır.
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.