“Fox Tv” kanalında yayımlanacağı gözlənilən “Yıldızların” altında serialını çəkən “Süreç Film” şirkəti qərarını dəyişib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, kanal rəhbərliyi ilə problemlər yaşayan şirkət, serialı “Fox Tv”də yayımlamaqdan imtina edib və “Star Tv” ilə razılaşıb.
Baş rollarında Berk Cankat, Özge Gürel və Canan Ergüderin oynayacağı filmin ssenarisini Pınar Bulud yazıb. Rejissor isə Neslihan Yeşilyurtdur.
Serialda “Aras” adlı ulduzla “Haziran” adlı qızın sevgisindən bəhs ediləcək.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.