“Fox Tv”də yayımlanan “Hayat sevince güzel” serialı 15-ci seriyada bitib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yayda rəqabət az oduğu üçün yüksək reytinq tutan serial, yeni mövsüm başlayandan sonra digər seriallardan daha az izlənməyə başlayıb.
Buna görə də, kanal rəhbərliyi serialın yayımının dayandırılmasını istəyib.
Serialı çəkən “Limon Yapım” şirkəti isə “Hayat sevince güzel”in yerinə “Şevket Yerimdar”ı çəkəcək və 17 oktyabrda ilk seriyası yayımlanacaq.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.