Oktyabrın 5-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Böyük-Şor”, Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Mədrəsə”, Ağdaş magistral qaz kəmərləri sahəsinin “Ucar”, “Lək” və “Zərdab” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Virtualaz.org xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
Təmir müddətində Şamaxı rayonunun Mədrəsə, Göylər, Mirikənd, Muğanlı, Qurdtəpə və Kərkəz kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Aparılan işlərin Bakı şəhəri Sabunçu rayonunun, həmçinin Ucar və Zərdab rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.