Rusiyada yeddinci çağırış Dövlət Dumasına seçilmiş “Vahid Rusiya” partiyasının təmsilçisi, Arxangelsk vilayətindən iş adamı Andrey Palkinin 62 mənzili var.
Virtualaz.org bildirir ki, bu xəbəri RBK televiziyası verib.
Palkinin özünün vergi orqanlarına təqdim etdiyi bəyannaməyə əsasən, 2015-ci ildə onun gəlirləri 1,5 milyard rubl (təxminən 24 milyon dollar – virtualaz.org) təşkil edib. Həmin sənədə əsasən, yeni deputatın Arxangelsk vilayətində 59 mənzili, Moskva vilayətində isə 3 mənzili var. Bundan savayı, Palkin 200 nəqliyyat vasitəsinin sahibidir ki, bunun da əksəriyyəti tikinti texnikasıdır.
Mənbənin məlumatına əsasən, Andrey Palkin 1990-cı illərdən Arxangelsk vilayətində tikinti biznesi ilə məşğuldur və burada fəaliyyət göstərən tikinti şirkətlərinin səkkizi ona məxsusdur. Regionda o, ucuz mənzillərin satışı ilə məşğul olan iş adamı kimi tanınıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.