banner
banner

Dünya

14 “əş-Şəbab” silahlısı məhv edildi

14 “əş-Şəbab” silahlısı məhv edildi
Somali hərbçiləri  “əş-Şəbab” qruplaşmasının 14 silahlısını, o cümlədən qruplaşmanın liderlərindən birini məhv edib.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Somalinin müdafiə nazirinin müavini Abdulla Hüseyn Əli bəyan edib.
 
Onun sözlərinə görə, terrorçuların zərərsizləşdirilməsi məqsədilə aparılan əməliyyat paytaxt Moqadişodan 50 km cənubda aparılıb.  Hərbçilər arasında itkilər barədə məlumat verilmir.
 
Qeyd edək ki, “Əl Qaidə” qruplaşması ilə əlaqəli olan “Əş-Şəbab” Somalidə terrorçu fəaliyyətlə məşğuldur. Qruplaşma ölkənin hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.