Aktyor Tamer Karadağlı şəxsi həyatı və karyerası haqqında maraqlı açıqlamalar verib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, T.Karadağlı haqqında bir çox qadınlarla iddialar yazılsa da, həqiqəti əks etdirmədiyini söyləyib:
“Maqazin jurnalistləri kimin nə etdiyini bizdən yaxşı bilir. Kimisi qumarla, kimisi pulla, kimisi də qadınlarla bağlıdır. Onları bildikləri üçün həmin nöqtələrdən hücum edirlər. Haqqımızda bir şey yazılanda həqiqəti izah etmək çox çətin olur. Hətta bacım olduğunu bilmədən onunla mənim aramda nəsə olduğunu yazmışdılar”.
Aktyor keçmiş həyat yoldaşı Arzu Balkan haqqında danışaraq onu tanıdığı üçün çox şanslı olduğunu söyləyib:
“Arzu mənim həyatımda çox böyük şansdır. Onun kimi bir qadından övladım olduğu üçün şanslıyam. Mən Arzunun başını çox zaman aşağı əysəm də, o, mənə belə etməyib. Yaxşı ər ola bilməmişəm. Etdiyim səhvlərin əvəzini ödəmişəm”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.