banner
banner

İdman

Futbolçulara rəngli butsılar qadağan edilir

Futbolçulara rəngli butsılar qadağan edilir

İngiltərənin "Mançester Siti" klubu gənc futbolçulara müxtəlif rəngli butsular geyinməyi qadağan edib. 

 
"Report" xəbər verir ki, bu barədə "Mirror" qəzeti yazıb. İndi qaydalar futbolçulara yalnız qara butsuda oynamağa imkan verir. "Mançester Siti" akademiyasının baş məşqçisi Ceyson Uilkoksun sözlərinə görə, klub oyunçulardan yaxşı futbolçu yetişdirməklə yanaşı, həm də onların şəxsi inkişafında iştirak etməlidir. 
 
"Mənim üçün başqalarına hörmət etməyən məşhur futbolçu görməkdən pis şey yoxdur. Bəli, siz məqsədyönlü olmalısınız, amma siz yenə də, başqalarına hörmət qoymalısınız. Futbolçunun kiminlə danışmasının - xidmətçilərdən biri ilə və ya baş direktorla - fərqi yoxdur, biz onlardan hörmət göstərmələrini tələb edirik", - deyə Uilkoks bildirib.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.