banner
banner

Dünya

Rusiya Türkiyə ilə müqavilə imzalayır: Sərbəst ticarətə yaşıl işıq

Rusiya Türkiyə ilə müqavilə imzalayır:
Rusiya və Türkiyə arasında sərbəst ticarətlə bağlı müqavilə 2017-ci ilin sonunda imzalana bilər.
 
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçi açıqlayıb.
 
N. Zeybəkçi deyib ki, tərəflər bu gün aparılan danışıqlarda iki ölkə arasında sərbəst ticarətlə bağlı müqavilənin 2017-ci ilin sonunda imzalana biləcəyi barədə razılığa gəliblər. Tərəflər dörd illik orta müddətli proqramın həyata keçirilməsi barədə də razılığa gəliblər. Bu barədə razılaşma Türkiyə və Rusiya Yüksək Əməkdaşlıq Şurasının yaxın vaxtlarda keçiriləcək iclası çərçivəsində imzalana bilər.
 
Qeyd edək ki, N. Zeybəkçi və Rusiya iqtisadi inkişaf naziri Aleksey Ulyukayev ikitərəfli ticari-iqtisadi əlaqələrin inkişafı haqqında birgə Bəyannaməni imzalayıblar. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.