banner
banner

İdman

AZAL-ın Gürcüstana gedəcəyi tarix dəqiqləşdi

AZAL-ın Gürcüstana gedəcəyi tarix dəqiqləşdi

Digər klublardan fərqli, təlim-məşq toplanışı üçün Antalyaya yollanmayan AZAL Gürcüstana səfər edəcək.

Apasport.az saytının məlumatına görə, “təyyarəçilər”in qonşu ölkəyə yollanacaqları tarix də artıq müəyyənləşib.

Tərlan Əhmədovun yetirmələri Gürcüstana yanvarın 23-də yola düşəcəklər. İki günlük səfərdə məqsəd bu ölkənin klublarından biri ilə yoxlama oyunu keçirməkdi. Yanvarın 24-də baş tutacaq görüşdə rəqibin kim olacağı hələlik bəlli deyil. Paytaxt klubunun rəsmiləri Gürcüstanın 2-3 komandası ilə danışıq aparırlar. Tiflisdə məskunlaşacaq AZAL çox güman ki, elə bu şəhərin təmsilçilərindən biri ilə üz-üzə gələcək.

Qeyd edək ki, AZAL qış fasiləsində Adil Nağıyev, Təmkin Xəlilzadə, Asif Mirili, Tural Nərimanov, Tomi Kostadinov, Luis Ramos, Orxan Səfiyaroğlu və Con Kordoba ilə yolları ayırdığı halda, komandaya hələlik heç kim transfer edilməyib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.