banner
banner

Gündəm

AŞPA : Referendum qanunidir və legitimdir - Strasburqdan son xəbər

AŞPA : Referendum qanunidir və legitimdir - Strasburqdan son xəbər
"Avropa Şurası Parlament Assambleyası Bürosu bazar ertəsi, 10 oktyabr 2016-cı ildə Fransada, Strasburqda Makedoniyanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri və 26 sentyabr 2016-cı ildə Konstitusiya islahatlarına dair referendumla bağlı Azərbaycan üzrə AŞPA qiymətləndirmə missiyasının rəhbəri, deputat cənab Aleksandar Nikoloskinin memorandumunu yekdilliklə təsdiqlədi". 

Bu sözlər AŞPA nümayəndə heyətinin üzvü, millət vəkili Elxan Süleymanovun Strasbusbuqdan göndərdiyi açıqlamadan götürülüb. 
 
Hazırda AŞPA-nın sessiyasında iştirak edən E.Süleymanov açıqlamasında daha sonra qeyd edir: 
 
- AŞPA Ad-hok komitəsi 24-27 sentyabr 2016-cı ildə səsvermə gününü izləmək, eləcə də referendum kampaniyasını qiymətləndirmək mandatı çərçivəsində referendumu dəyərləndirmək məqsədilə Azərbaycana səfər edib: “Azərbaycanla bağlı bütün digər müvafiq məsələlər Avropa Şurası ilə Azərbaycan arasında monitorinq dialoqunun bir hissəsidir və Ad-hok komitə hakimiyyəti Monitorinq Komitəsi ilə əməkdaşlığı davam etdirməyə və Avropa Şurası Parlament Assambleyasının nəticə və tövsiyələrini yerinə yetirməyə dəvət edir”. 
 
AŞPA missiyası belə qənaətə gəlir: “Referendum ölkə qanunvericiliyinə və Azərbaycan Konstitusiyasına uyğun təşkil edilib, qanunidir və legitimdir. Missiya qeyd etmişdir ki, seçki günü ərzində səsvermə prosesi yaxşı təşkil edilmişdi və şəffaf, səmərəli və dinc keçdi və olduğumuz məntəqələrdə səslərin sayılmasında son nəticələrə təsir edə biləcək pozuntular müşahidə etmədik. AŞPA missiyası eyni zamanda bildirmişdir ki, Konstitusiyaya dəyişikliklərin qəbul edilməsinin lehinə olaraq, referendumun nəticələri ölkənin təhlükəsiz, sabit və davamlı inkişafı istiqamətində irəliyə doğru addım kimi, Azərbaycan xalqının iradəsini ifadə edir və demokratik və iqtisadi çağırışlara cavab olaraq, daha səmərəli idarəçilik sistemi qurmağa və ölkə üçün zəruri olan daha məzmunlu islahatlar aparmağa yönəlib”.
AŞPA Bürosunun üzvləri bu səhər Strasburqda bu memorandumu nəzərdən keçirib, yekdilliklə qəbul edərək, referendumun rəsmi müşahidə prosesini müsbət qaydada tamamlayır. Bu islahatlar insan hüquqları, iqtisadiyyat və institutlar sahəsində Azərbaycan Respublikası Konstitusiyasını gücləndirdiyindən, ölkəmizin tarixində yeni və ümidverici bir fəslə zəmin yaratmış olduq”. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.