banner
banner

Gündəm

Nazim İbrahimova ünvanlanan ittihamlar- CAVABLANDIRILDI

Nazim İbrahimova ünvanlanan ittihamlar-

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimova ünvanlanmış ittihamlara cavab verilib.

Qeyd edək ki, Nazim İbrahimovun prezidenti olduğu Qılıncoynatma Federasiyasına pul ayırmadığı, federasiya işçilərinə 17 aydır maaş vermədiyi bildirlib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a verilən açıqlamada Nazim İbrahimovun rəhbəri olduğu Qılıncoynatma Federasiyasındakı problemlərlə bağlı araşdırmalar aparıldığı deyilib:

“Məsələ ciddi şəkildə araşdırılır. Federasiyanın rəhbərliyi tərəfindən lazımı tədbirlər görüləcək”.

Komitədən bildirilib ki, federasiya əməkdaşlarının maaşlarının verilməsi istiqamətində addımlar atılacaq:

“Səsləndirilən problemlərin həllini tapması və federasiya əməkdaşlarının maaşlarının verilməsi üçün tədbir görüləcək”

Xatırladaq ki, ittihamları Qılıncoynatma Federasiyasının vitse-prezidenti Yaşar Məmmədov Meydan TV-yə açıqlamasında səsləndirib. O, Nazim İbrahimovun uzun müddətdir Qılıncoynatma Federasiyası ilə maraqlanmadığını qeyd edib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.