Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova oktyabrın 11-12-nə olan hava proqnozunu açıqlayıb.
Gülşad Məmmədova bildirib ki, oktyabrın 12-dək buludlu hava şəraiti müşahidə ediləcək.
“Yarmadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gecə və gündüz arabir güclənəcək. Havanın temperautu gecə saatlarında 14-17, günorta saatlarında isə 20-23 dərəcə olacaq.
Şərq rayonlarında yağış yağacaq, arabir şimşək çaxacaq. Günorta saatlarında bəzi rayonlarda yağıntılarda qısa fasilələr olacaq, dağlıq ərazilərdə havanın temperaturu 6-15, gündüz isə 14-19 dərəcə olacaq”.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.