banner
banner

Sosİal

"Bank Standard"ın qarşısında izdiham

"Bank Standard"ın qarşısında izdiham

Ləğvetmə prosesində olan "Bank Standard" QSC-nin əmanətçilərinə bu gündən etibarən kompensasiya ödənişinə başlanması Bankın baş ofisinin qarşısında izdiham yaradıb.

"Report" xəbər verir ki, buna səbəb "Bank Standard"ın filiallarının müştərilərinin də pulunu almaq üçün baş ofisə üz tutması olub.

Bununla belə, əmanətçilərə izah edilib ki, kompensasiya həm də filiallarda ödənilir və hər bir müştəri əmanət hesabının olduğu filiala üz tutmalıdır. Bundan sonra əmanət sahiblərinin sayında nisbətən azalma müşahidə edilib.

Əmanətçilərin sayının çox olduğu və baş verə biləcək xoşagəlməz hallar nəzərə alınaraq "Bank Standard"ın qarşısında təhlükəsizlik tədbirləri gücləndirilib, əraziyə xeyli sayda post-patrul xidmətinin əməkdaşları, eləcə də təcili tibbi yardım xidməti cəlb edilib.

Qeyd edək ki, əmanətçilərin pulu növbəyə yazılmaqla qaytarılır. Bunun üçün ilk növbədə onlara Əmanətlərin Sığortalanması Fondunun adına yazılmış kompensasiyanın ödənilməsi haqqında ərizə forması təqdim olunur. Ərizə doldurulduqdan sonra əmanətçiyə ödəniş verilir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.