banner
banner

Sosİal

Yol nişanları: Üzərində xırda lampalar olsa da, heç biri yanmır - VİDEO

Yol nişanları:
Paytaxtdaki yol nişanlarının əksəriyyətinə, xüsusilə də piyada nişanlarına günəş panelləri quraşdırılıb. Bundan əlavə də nişanların üzərinə xırda lampalar yerləşdirilib. Lakin həmin nişanların bəzilərinin üzərindəki işıqlar yanmır. Bu da həm piyadalar, həm də sürücülər üçün təhlükə yaradır.
 
Üzərində xırda lampalar olsa da, heç biri yanmır.
 
Paytaxtdakı yol nişanlarının əksəriyyətinə, xüsusilə də piyada nişanlarına günəş panelləri quraşdırılıb, üzərinə isə xırda lampalar yerləşdirilib. Məqsəd günün qaranlıq saatlarında nişanın sürücülər və piyadalar tərəfindən daha aydın görünməsini təmin etməkdir. Lakin bəzi nişanların üzərindəki işıqlar yanmır.
 
Nişanların aydın görünməməsi əsasən sürücülərin işini çətinləşdirir. Hətta qəza şəraitinin yaranmasına da səbəb olur.
 
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev "Xəzər Xəbər"ə bildirdi ki, həmin nişanlar işığı əksetdirmə qabiliyyətinə malikdir. Bu səbəbdən də üzərindəki lampalar yanmasa da, ciddi problem yarada bilməz. Bununla belə, həmin nişanların işlək vəziyyətə gətirilməsi üçün müvafiq tədbirlər görüləcək.
 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.