banner
banner

Sosİal

Məktəbdə zərdüştlük dini təbliğ olundu - VİDEO

Məktəbdə zərdüştlük dini təbliğ olundu -
Vətənpərvər ruhda tədbir keçirmək adı ilə məktəbdə qeyri ənənəvi dini təbliğat aparılıb. Hətta uşaqlara vəsaitlər paylanılıb. Valideynlərin şikayətindən sonra “Xəzər Xəbər” hadisənin təfərrüatlarını araşdırıb.
 
Zərdüştlük dinini təbliğ edən və Asif Ata ocağı kimi tanınan təşkilatın nəşr etdiyi qəzet paytaxtın Binəqədi rayonunda Biləcəri qəsəbəsində 297 saylı məktəbdə şagirdlərə paylanıb. Özü də məktəbin içərisində təhsil ocağının kollektivinin iştirakı ilə keçirilən tədbir zamanı. Şagirdlərlə görüşdə Asif Ata ocağının prinsipləri, fərdi baxışları məktəblilərə ideal yol kimi təqdim edilib.
 
Qəzetdə yer alan məlumatlar nəinki şagirdlərin, hətta yetkin insanların belə fikirlərini çox asanlıqla qarışdıra, hansısa istiqamətə yönləndirə bilər. Bəs maraqlıdır görəsən atəşpərəstliyi təbliğ edən bir tədbir 297 saylı məktəbdə necə keçirilib?
 
Məktəb rəhbərliyi əvvəl belə bir tədbirin keçirilmədiyini bildirsə də, sonradan etiraf etdilər. Bura yenicə təyin olunan direktor Nailə Cəfərova bildirdi ki, ayın 6-da ona bir təşkilat məktəbdə vətənpərvər ruhda tədbir keçirməklə bağlı müraciət edib. Direktor da bu təklifin şagirdlərin faydasına olduğunu düşünürək qəbul edib.
 
Məktəbin direktoru deyir ki, hadisədən xəbər tutan kimi dərhal qəzetləri şagirdlərdən toplayıblar.
 
Qeyd edək ki , bu cür fəaliyyət qanunverciliklə birmənalı şəkildə qadağan edilir. cinayət məcəlləsinin 167 maddəsində hətta bununla bağlı 2 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulub.
 
Xezerxeber.com
 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.