banner
banner

Dünya

Çavuşoğlu: "ABŞ terroru dəstəkləyən ölkəyə çevrilə bilər"

Çavuşoğlu: "ABŞ terroru dəstəkləyən ölkəyə çevrilə bilər"
ABŞ prezidentliyinə namizəd Hillari Klintonun PKK-nın Suriya qolu olan PYD-yə silah tədarükünün gərəkli olmasına dair bəyanatı terrorizmə dəstəkdir. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.  
 
"Bu baş verərsə ABŞ terroru dəstəkləyən ölkəyə çevriləcək. Biz sadəcə dostcasına xəbərdarlıq etmək istəyirik: terrorçularla əməkdaşlıq edənlər onlarla əlbirdirlər”. 
 
Qeyd edək ki, Klinton Sent-Luisdə keçirilən teledebatlar zamanı ABŞ-ın Suriya və İraqda “ən yaxın dostları” adlandırdığı  PYD terrorçularının silahlandırılması məsələsini nəzərdən keçirəcəyini vəd edib.  
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.