Müğənni Rəqsanə İsmayılova qızı Aysun İsmayılova ilə bağlı etiraf edib.
Axşam.az-ın məlumatına görə, sənətçi qızının 18 yaşı olmasına baxmayaraq, onu döydüyünü deyib: “Qızımın 18 yaşı olacaq. Ona sürpriz hazırlamışam, özünün də xəbəri yoxdur. Deyirəm ki, ağıllı olsun. Bu gün də səhv edəndə onu döyürəm. Hətta əsəbləşəndə, ona əlim çatmayanda yanımdakı köməkçilərimi döyürəm. Həyatda etdiyim hər şey övladlarım üçündür. Uşaqlarımın istədikləri nəyinsə qarşısında aciz qalmamışam. Onlardan da bunu başa düşmələrini istəyirəm”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.