Bu gün müğənni Ebru Gündeşin 42 yaşı tamam olur. Səhnə fəaliyyəti dövründə 13 albom buraxan və bir çox mükafat qazanan Ebru bu il bahalı hədiyyə almayacaq. 2010-cu ildə iş adamı Rza Zərrabla ailə quran müğənni ondan tez-tez qiymətli hədiyyələr alırdı. Hər ad günündə onu təəccübləndirən Rza hazırda ABŞ-da həbsdədir. E.Gündeş də ərinə bir müddət dəstək olduqdan sonra boşanma ərizəsini məhkəməyə təqdim edib.
Söz-söhbətlərdən və suallardan qaçan Ebru "O səs Türkiyə" yarışmasının münsiflər heyətindən də uzaqlaşsa da, İstanbulun konsert məkanlarında tez-tez səhnəyə çıxır.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.