banner
banner

Dünya

KİV: Ermənistanın dövlət borcu artır

KİV: Ermənistanın dövlət borcu artır
Bu ilin 9 ayı ərzində Ermənistanın dövlət borcu 517 mln. 200 min dollar artaraq 5 mlrd. 594 mln. 900 min dollara yüksəlib.
 
“APA-Economics” Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, təkcə son bir ayda Ermənistanın dövlət borcu 100 mln. dollar dəyərində artıb.
 
Qeyd edək ki, Ermənistanın dövlət borcunun 4 mlrd. 590 mln. 500 min dolları xarici borcun payına düşür. Xarici borca Ermənistan hökuməti və Mərkəzi Bankının  beynəlxalq maliyyə təşkilatlarından, banklardan və digər ölkələrdən götürdükləri borc daxildir.
 
İqtisadçı-ekspertlər bu ilin son 3 ayı ərzində Ermənistanın dövlət borcunun artacağını proqnozlaşdırır. Təkcə dövlətin yeni istiqrazlarının satışa çıxarılması hesabına oktyabrda Ermənistanın dövlət borcu 29 mlrd. 710 mln. dram və ya 62,5 mln. dollar artacaq.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.