|
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Fiorentina"nın futbolçusu Borxa Valero karyerasının hazırkı klubunda başa vurmaq istəyir. Bu barədə o, "Football İtalia"ya açıqlamasında deyib: "Tezliklə "Fiorentina"da çıxış etməyimin 5 ili tamam olacaq. Burda hər şey məni və ailəmi qane edir. Biz özümüz üçün ideal şəhər tapmışıq. Karyeramı "Fiorentina"da bitirmək istəyirəm". Qeyd edək ki, B.Valeronun "Fiorentina" ilə müqaviləsi 2019-cu ildə başa çatır. Cia.az
|


