banner
banner

Dünya

İş adamı evinə girən oğrunu güllələdi

İş adamı evinə girən oğrunu güllələdi

Türkiyədə kayserili iş adamı İlker Horoz evinə girən oğrunu silahla virib. 


Musavat.com-un məlumatına görə, yaralı oğru xəstəxanaya yerləşdirilib. İş adamı isə polisə ifadə verdikdən sonra sərbəst buraxılıb. 
“PAR” şirkətlər qrupu hissədarı olan İlker Horozun həyat yoldaşı Duyğu Horoz evdən səs gəldiyini eşidib, otaqları gəzməyə başlayıb. Bu zaman oğru ilə göz-gözə gələn qadının qışqırıq səsinə əri yetişib. İlker Horoz oğruya 3 dəfə atəş açıb. Diz qapağından yaralanan oğru yerə yıxılıb. Hadisə yerinə polis və təcili tibbi yardım işçiləri çağırılıb. Yaralı oğru xəstəxanaya aparılıb. Onun üstündən 3 saxta kimlik çıxıb. 
 
Oğrunun Konya həbsxanasından qaçdığı və bir çox cinayətdə iştirak etdiyi məlum olub. 
 
Araşdırmalar davam edir.
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.