banner
banner

Dünya

34 yaşlı nazir xəstəxanada öldü

34 yaşlı nazir xəstəxanada öldü
Litvanın 34 yaşlı səhiyyə naziri Yuras Pojela Vülnus xəstəxanasında bazar günü səhər saatlarında ölüb.
 
Axar.az xəbər verir ki, Pojela qarnındakı şiddətli ağrılara görə avqust ayında xəstəxanaya müraciət edib. Ona pankreatit diaqnozu qoyulub və Santariş klinikasında sistemli müalicə alıb.
 
O, bu vəzifəyə mart ayında təyinat alıb. 
 
Prezident Qribauskayte nazirin ölümü ilə bağlı başsağlığı verib və Litvanın Pojelanın simasında gənc, perspektivli və uğurlu bir siyasətçini itirdiyini bildirib. 
 
“Yuras Pojela insanların sevgisini qazanmış, gənc nəslin məsuliyyətli, fəal, böyük ümidlər vəd edən nümayəndəsi idi. Enerjili, gənc, istedadlı şəxslərin bu yaşda aramızdan getməsi çox üzücüdür”, - parlament spikeri deyib.
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.