“Hazırda Bakıda yağışlı hava şəraiti hökm sürür. Yollarda avtomobillərin sürüşmə ehtimalı var”.
Bunu Bakı şəhər Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov deyib.
V.Əsədov havanın yağışlı olmasını nəzərə alaraq sürücülərə xəbardarlıq edib: “Yağışlı hava şəraitində avtomobil idarə edən sürücülər diqqətli olsun, sürət həddini minuma endirsin, ara məsafəsini normadan artıq saxlasınlar. Diqqəti yayındıra biləcək hərəkətlər edilməməlidir. Yağmurlu hava şəraitində avtomobilin texniki sazlığı bir daha nəzərdən keçirməlidir. Əsas təhlükə yarada biləcək məqamlar isə avtomobilin əyləc sisteminin və şüşəsilənlərinin işlək vəziyyətdə olmamasıdır. Bu cür hava şəraitində əyləcdən daha az istifadə olunmalıdır. Çünki əyləc sistemindən tez-tez istifadə etmək avtomobilin sürüşmə ehtimalını artırır”.
DYP polkovniki əlavə edib ki, sürücülər çirkli suların yaratdığı gölməçələrin üzərindən keçərkən ətrafda hərəkət edən piyadaları nəzərə almalıdırlar və avtomobili minimum sürətlə idarə etməlidirlər.
V.Əsədov qeyd edib ki, yol-patrul xidməti əməkdaşları tərəfindən paytaxtın bütün prospket və küçələrində xidmət gücləndirilib, bütün istiqamətlər üzrə avtomobillərin hərəkəti tənzimlənir. (azvision)
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.