banner
banner

Sosİal

Şimal rayonlarına qar yağdı

Şimal rayonlarına qar yağdı

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində qeyri-sabit hava ilə bağlı məlumat yayıb. Nazirliyin Milli Hidrometeorologiya Departamentindən virtualaz.org-a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi oktyabrın 16-sı gündüzdən 17-si səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edərək şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə intensiv olub, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağıb.

Bakıda və Abşeron yarımadasında - Bakı-ADA (avt.st) 43 mm, Bakıda 24 mm, Əhmədli, Maştağada 15 mm, Bayıl yamacı, Montində 12 mm, Qumyataq, Binədə 10 mm, Sumqayıt, Zabratda 9, Pirallahı, Çilov adasında 5, Ələtdə 3 mm yağıntı düşüb.

Böyük Qafqazda- Şinçay HMM-da 42, Şəkidə 34, Qalacıq (İsmayıllı), Kürmükçay-İlisuda (Qaxbaş) 32, Oğuzda 30, Qaxmuğal MM, Sarıbaşda (Qax) 29, Kişçayda (Şəki) 27, Balakəndə 26, Qaxda 24, Zaqatala, Qəbələ, Xaltanda 18, Şamaxıda 14, Qubada 13, Altıağacda 12, Mərəzə, İsmayıllıda 9, Nabranda 7, Xaçmazda 5, Şirvanda 1; Yağan leysan yağışlarla əlaqədar Balakənçay, Talaçay, Kürmükçay və Kişçayda sululuq artıb.

Kiçik Qafqazda- Göygöldə 2, Gədəbəy, Daşkəsəndə 1mm, Qazax-Gəncə zonasında- Tovuzda 12, Köçəsgərdə 9, Ağstafada 7, Düz Qışlaq, Dağ Kəsəməndə 5, Ağdamda 3, Ceyrançöl, Naftalan, Gəncə, Hacıkənd, Şəmkirdə 1-2 mm, Mərkəzi-Aran rayonlarında - Tərtər, Göyçayda 3, Ağsuda 2, Bərdə, Mingəçevir, Yevlax, Zərdab, Kürdəmir, Qazıməmməddə 1mm, Lənkəran-Astara zonasında - Lənkəranda 81, Göytəpədə 20, Astarada 16, Lerikdə 11, Rvarudda 7, Yardımlıda 6, Biləsuvarda 1 mm təşkil edir.

Qar örtuyünün hündürlüyü: Böyük Qafqazın dağlıq və dağətəyi rayonlarında: Xınalıqda 18, Qonaqkənddə 11, Qırızda 7, Susay, Rük MM-da 6, Ləzədə 5, Nohurdüzündə 4, Xaltanda 3, Altıağacda 2, Sarıbaşda (Qax) 3 sm olub.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.