banner
banner

Gündəm

Məşhur iş adamı Mustafa Tayat qaçırıldı

Məşhur iş adamı Mustafa Tayat qaçırıldı

Məşhur azərbaycanlı iş adamı Mustafa Tayat İstanbulda keçmiş işçisi tərəfindən aldadılaraq qaçırılıb. 

İş adamını oğrlayanlar 10 min dollar pulunu götürüb, "fidyə" aldıqdan sonra onu bir xəstəxananın qarşısına atıblar. Hadisə İstanbulun Sarıyer rayonunda baş verib. İddialara görə, M. Tayata zəng edən Lətifə adlı keçmiş işçisi onunla görüşmək istədiyini bildirib. Qadının verdiyi ünvana gedən M.Tayat naməlum 2 maskalı şəxs tərəfindən oğurlanıb. 
İş adamına işgəncə verən şəxslər bunu şantaj məqsədi ilə videoya da çəkiblər. Maskalılar onun üzərindəki 10 min dolları götürüblər. İş adamını azad etmək üçün isə böyük məbləğdə pul tələb edildiyi bildirilib. Daha sonra bir xəstəxananın qarşısına atılan yaralı iş adamı xəstəxana işçiləri tərəfindən tapılıb və müalicəyə alınıb. 
Xəstəxanadan polisə məlumat verilib. Sağlıq mərkəzinin qarşısındakı təhlükəsizlik kameralarını izləyən polislər 2 şübhəlini həbs edib. 
 
Qeyd edək ki, Mustafa Tayatin Azərbaycanda şirkəti var. O, bir sıra geyim mağazaları zəncirinin sahibidir. Türkiyə saytları məşhur iş adamının milliyyətcə azərbaycanlı olduğunu qeyd edib.
 

 
FOTO: SOZCU
 
FOTO: SOZCU
 
mustafa tayat ile ilgili görsel sonucu


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.