banner
banner

Dünya

Tramp jurnalistlərə niyə yola getmir?

Tramp jurnalistlərə niyə yola getmir?
ABŞ-da prezidentliyinə namizəd Donald Trampın media ilə münasibətləri o qədər də xoş deyil. Azadlıq Radiosu bununla bağlı geniş bir məqalə yazıb. Məqalədə qeyd olunur ki, respublikaçıların namizədi “The Washington Post”, “The New York Times” kimi qəzetlər də daxil, ölkənin aparıcı nəşrlərini və nəhəng televiziya kanallarını ona qarşı cəbhələşməkdə suçlayır. İş o yerə çatıb ki, Tramp artıq bir neçə aydır, bəzi jurnalistlərin və media qurumlarının özünün seçki kampaniyası tədbirlərində iştirakına qadağa qoyub. Bu barədə “Amerikanın Səsi” radiostansiyası yazır.

Trampın mediayla bağlı sərt sözləri onun tərəfdarlarını da mitinqlərdə zaman-zaman jurnalistlərə qarşı şüarlar səsləndirməyə həvəsləndirir. Hətta oxşar mitinqlərin birində jurnalistin təhlükəsizliyindən ötrü xüsusi xidmət orqanlarının əməkdaşları duruma müdaxilə etməli olmuşdu.
 
Oktyabrın 13-də “The New York Times” qəzetində bir neçə qadının Trampın onlarla qeyri-etik hərəkətləri barədə yazı dərc olunub. Bu yazıdan sonra respublikaçı namizədin media ilə münaqişəsi daha da alovlanıb. Axı bu xəbər dərhal digər media orqanlarında da işıqlandırılıb.
Floridadakı çıxışında Tramp həmin xəbərləri “qurama” adlandırıb. Bunu “rəqibi Hillary Clinton-un nəzarətindəki korporativ medianın bir mərkəzdən idarə olunan hücumu” kimi qiymətləndirib. “Ölkəmizdə korporativ media artıq jurnalistika ilə məşğul olmur. Onlar lobbi qrupları, ya da maliyyə dairələri kimi konkret siyasi maraq güdürlər. Bu maraq da kələkbaz Klintonun, nəyin bahasına olur-olsun, seçilməsinə nail olmaqdan ibarətdir”, – deyib Donald Tramp.

“Yeni Müsavat” isə xatırladır ki, hələ 2015-ci ildə ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından ən real namizəd olan Donald Trampla jurnalist arasında qalmaqal yaranmışdı. Tramp keçirdiyi mətbuat konfransı zamanı növbəsini gözləməyərək yerindən danışan jurnalisti qovmuşdu. 
 
İspandilli “Univision” kanalının müxbiri Xorxe Ramos bir neçə dəfə yerindən qalxaraq prezidentliyə namizədə sual vermək istəsə də Tramp hər dəfə onun suallarından yayınaraq növbəsini gözləməsini istəyib. Ramosun növbəti sual cəhdi isə siyasətçinin səbr kasasının daşmasına səbəb olub. “Sizə söz vermədilər. Qayıdın öz “Univision”za”.

Daha sonra isə mühafizəçilərdən jurnalisti otaqdan çıxarmasını istəyib.
Amma bir müddət sonra sakitləşən Tramp Xorxe Ramosun “yerindən durararaq çığırmasından” şikayətlənib və onun təkrar konfransa qatılmasına etiraz etmədiyini bildirib.
Geri dönərək Donald Trampa sula vermək hüququndan istifadə edən Xorxe Ramos prezidentliyə namizədin qalib gələrsə, ölkədəki 11 milyon qanunsuz mühaciri dərhal deportasiya edəcəyi ilə bağlı planlarına görə onu sərt tənqid edib.
 
Oktyabrın 13-də Tramp twitter hesabı vasitəsilə bəzi jurnalistləri kəskin tənqid edib. Yazıb ki, Nyu York qəzeti barəsində şər yazıb. Onun dediyinə görə, sözügedən qəzet “başdan ayağa uydurma”ya yol verib. Digər yazısında isə qeyd edib ki, illər öncə 12 yaşlı bir qıza söz atması barədə yazılanlar isə ağ yalandır. 
 
Ondan öncə Trampla bağlı vulqar bir video yayılmışdı. Həmin videoda Tramp qürrələnərək deyirdi ki, “ulduz” olduğu üçün qadınlar ona öpüşmək və əllərindən tutmaq üçün icazə verirlər. Bundan iki gün sonra “New York Times” və “Palm Beach Post” qəzetləri Trampın icazəsiz olaraq onlara toxunduğu və əllərindən tutduğunu iddia edən üç qadının bəyanatını çap etdi. Bundan başqa, “People”in jurnalisti də müsahibə zamanı Trampın onun üstünə hücum çəkdiyini bəyan etdi. 
 
CBS kanalı isə bir qədər də irəliyə gedərək, 20 il öncə çəkilmiş bir videonu gündəmə gətirdi. Həmin videoda Tramp 10 yaşlı bir qıza 10 il sonra onunla görüşəcəyini vəd edir. İlk videodan sonra respublikaçılar ondan namizədliyini geri götürməyi təklif etdilər. Bu isə onsuz da medianı sevməyən Trampın “dördüncü hakimiyyət”ə qarşı nifrətini daha da artırdı. 

“Əgər Tramp Amerika mediasına görə özünü idarəni itirirsə, bəs dünya liderləri tərəfindən ona edilən tənqidlərin öhdəsindən necə gələcək?” Bunu isə “The Christian Science Monitor”un şərhçisi Piter Qrier yazıb. Onun dediyinə görə, əgər təkcə “Ey-bi-si”nin müxbiri ilə fikir mübadiləsinə dözmürsə, Vladimir Putinə necə qarşı çıxacaq? Məsələn, bu ilin 31 mayında keçirilən mətbuat konfransında Donald Tramp veteran təşkilatlarına xeyriyyə yardımı etmədiyi iddiası ilə jurnalistlərin tənqidinə məruz qalmışdı. 
 
O, reportyorlardan birini “yaramaz” adlandıraraq, onun səxavətini etiraf etməməkdə ittiham etmişdi. Belə ki, 28 yanvarda Tramp veteranlara kömək məqsədilə 6 milyon dollar yığıldığını, 1 milyon dolları isə öz cibindən bu məqsədlə verdiyini açıqlamışdı. Amma mayın sonunda “The Washington Post” xəbər verdi ki, bəzi veteran təşkilatları həqiqətən də çeklər alıblar. Amma bu, 6 milyon dollar olmayıb. Bundan başqa, Trampın özü bu işə bir sent belə xərcləməyib. 

Mətbuat konfransında incimiş, əsəbi və aqressiv şəkildə barəsində yazılanları yalanlayan Trampın bu reaksiyası isə siyasi şərhçilər tərəfindən ciddi tənqid olunub. Onlar yazılarında Tramp barədə belə yazıblar: “Ümumilikdə Tramp yaralı insan təəssüratı bağışladı. Amma hesab edək ki, o, haqlı idi. Bəs gələcəkdə hansısa xarici ölkənin lideri onun bu reaksiyalarını görəndən sonra şəxsi məqsədləri naminə ABŞ prezidentini qıcıqlandırmaq, hirsləndirmək istəsə necə olacaq? Şəxsi qarşılıqlı münasibətlər geosiyasətdə ciddi əhəmiyyət daşıyır. Prezident onları düzgün qurmalıdı”. Bunu da siyasi analitik Cey Nordlinqer qeyd edib. 
musavat


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.