Mosulu azəd etmə əməliyyatlarından sonra şəhəri tərk edən sakinlər başlarına gələnləri danışıb.
Onlar İŞİD-in istər öz üzvlərinin, istərsə də mülki şəxslərin şəhəri tərk etməməsi üçün nadir üsula əl atdığını bildirib.
Musavat.com-un məlumatına görə, terror təşkilatı qaçmaq istəyənlərin başını kəsərək şəhər girişindən asıb. Xəbər verdiyimiz kimi İraq ordusu ilə peşmərgə qüvvələri Mosulu İŞİD-dən almaq üçün hərəkətə keçib. Amma minlərlə dinc sakin şəhərdə çarəsiz qalıb. Mosuldan qaçmağa nail olanlar orada baş verənləri danışıb. Bildirilib ki, İŞİD şəhərdən çıxmaq istəyənləri qorxutmaq üçün Mosulun girişinə 20 kəsilmiş baş asıb. Bundan başqa terror təşkilatı qaçmağa çalışanlardan canlı sipər kimi istifadə edir.
Mosuldan qaçan 50 yaşlı Ömər Əhməd bildirib ki, İŞİD dinc sakinləri şəhəri tərk etməmək üçün təhdid edir.
Bir səhər yola çıxaraq qaçmağı bacaran Ömər Əhməd qaçmağın necə çətin olduğundan, yolda başına gələn fəlakətlərdən danışıb: “Həddindən artıq isti idi. Susuzluqdan ölürdük. yolu yarılamamışdıq ki, suyumuz bitdi. Həyat yoldaşım və uşaqlarım yola davam edə bilmədi. Sonra su tapmaq üçün yola davam etdim və yeddi saat sonra ailəmə su gətirdim. Yolda uşaqların çoxu ölürdü. Tək çətinliyimiz də bu deyildi, kəskin nişançılar qaçanları başlarından nişan alırdı”.
İbrahim adlı şəxs isə bildirib ki, qaçmağa çalışarkən qızlarından ikisi ölüb: “Qızlarımdan biri minaya düşdü, biri isə yolda öldü”.
İbrahimin 4 qızından ikisi yaşayır. Onlardan biri isə Mosulda İŞİD tərəfindən girov alınıb. Mosulun İŞİD-dən alınmasını istədiyini bildirən İbrahim deyir ki, Mosul İraq ordusunun əlinə keçsə, ən azından 1 qızıma da qovuşa bilərəm.
Mosuldan qaçan Əhməd bildirib ki, İŞİD özünə adam oğurlayaraq döyüşçü yığır: “Mosul küçələrində İŞİD döyüşçülərinin sayı əhəmiyyətli dərəcədə azalıb. Üzvləri İŞİD-i tərk edir. Onların bəziləri Suriyaya qaçıb, bəziləri də Mosulun qərbinə sığınıb. Mosulda İŞİD-çilərin maşınları da gözə seyrək dəyirdi”.
28 yaşlı Hasan isə iki yaxın dostunun İŞİD tərəfindən güllələndiyini deyib. O bildirib ki, dostları İraq ordusunun nəzarətindəki bölgəyə keçmək istəyərkən güllələnib.
Hasan qeyd edib ki, İŞİD anlayır ki, mülki şəxslər Mosuldan çıxsa şəhər tamamiylə bombalanacaq.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.