banner
banner

Dünya

Putin və Ərdoğan Mosulu müzakirə etdi

Putin və Ərdoğan Mosulu müzakirə etdi
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayip Ərdoğan aralarında baş tutmuş telefon danışığı zamanı  İraqın Mosul şəhərinin azad edilməsi əməliyyatını müzakirə ediblər.
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  bu barədə Kremlin mətbuat xidmətinin məlumatında deyilir.
 
“Danışıq zamanı Mosulun azad edilməsi əməliyyatına toxunulub, mötədil müxalifətin “Cəbhə ən-Nüsrədən” ayrılması müzakirə edilib”, - deyə məlumatda bildirilir.   
 
Qeyd edək ki, telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.