banner
banner

Sosİal

Sel Ağsuda çayın bəndini uçurdu - VİDEO

Sel Ağsuda çayın bəndini uçurdu - VİDEO
Aramsız yağan yağışlar Ağsu çayında sel yaradıb. ARB Aran xəbər verir ki, sel çayın Ağsu rayonu ərazisindən keçən hissəsindəki sahil mühafizə bəndlərini uçuraraq yararsız hala salıb. Su rayonun Maşadqanlı və Ağalarbəyli kəndlərini birləşdirən piyada körpüsünü də dağıdıb. Sakinlər bildirir ki, bir kənddən o biri kəndə keçmək üçün piyada körpüsü ilə məsafə 2 kilometrdir. 
 
Amma indi onlar körpünün uçması səbəbindən 20 kilometrlik məsafə getmək məcburiyyətində qalıblar. “Kənd sakinləri çayın bir tayından digər tayına keçmək istəsələr də bu alınmır” deyə kənd sakini Əfqan Qəniyev bildirib. 
 
Çayın üzərindən keçən bir neçə rabitə dirəyi də selin gücünə dözməyərək aşıb. Kəndlərlə rabitə əlaqəsi kəsilib. Sakinlərin sözlərinə görə əgər nöbəti dəfə Ağsu çayında sel təhlükəsi yaranarsa, ətraf kəndlərin əraziləri su altında qala bilər. Ağsu rayon Ərəbşağı İnzibati Ərazi dairəsi üzrə icra nümayəndəliyindən verilən məlumata görə, sel suları azalan kimi ərazidə bərpa işlərinə başlanılacaq. 
 
Ağsu rayon Su Meliorasiya idarəsindən isə bildirildi ki, ərazidə lahiyələndirmə işlərini aparmaq üçün Bakıdan mütəxəssislər gələcək. Onların rəyindən sonra beton bəndlərin bərpasına start veriləcək.
 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.