Mosul əməliyyatlarının başlanmasından bir həftə ötdü
İraqın 2014-cü ildən İŞİD terrorçularının əlində olan ikinci böyük şəhəri Mosulun azad edilməsi üçün başlanan əməliyyatların üzərindən bir həftə ötür. Bu günlər ərzində İŞİD terrorçularına qarşı kifayət qədər ciddi əməliyyatların aparıldığının şahidi olduq.
Ekspertlərin son bir həftədə Mosulda gedən proseslərə mövqeləri birmənalı deyil. Gedən əməliyyatları uğurlu sayanlar da var, bunun əksini söyləyənlər də. İŞİD-a qarşı mübarizənin davamlı olmayacağını düşünənlər də az deyil.
Türkiyənin bölgədəki siyasəti də ciddi müzakirə olunur. Bu siyasəti qənaətbəxş sayanlar çoxluq təşkil edirlər, amma qardaş ölkənin İraqla bağlı siyasətini ciddi tənqid edənlər də var. Arqument kimi də İraqda türkmənlərlə bağlı gedən proseslərdir.
Politoloq Qabil Hüseynli əməliyyatların gedişini uğurlu sayır: “Mosul ətrafındakı bütün kəndlər alınıb. İraq ordusunun xüsusi təyinatlıları şəhərin mərkəzi hissələrinə daxil olub. Mosulda ciddi panika yaşanır. İŞİD daxilində ciddi ruh düşkünlüyü var. Hətta müxtəlif dəstələr arasında dartışmaların getdiyi qeyd olunur. Vaxtilə Səddam Hüseynin generalları olmuş, sonradan İŞİD-a dəstək vermiş və İŞİD-ın səhra komandirləri kimi fəaliyyəti göstərmiş adamlar indi terror qruplaşmasından ayrılmağa qərar veriblər. Məsuliyyəti başqalarının üzərinə atmaq istəyirlər. Artıq bu proses üç gündür davam edir. Bu da İŞİD-ı xeyli zəiflədir. İŞİD-ın tərkibindəki qüvvələr müxtəlif yollarla əhalinin tərkibinə qarışaraq, yaxud qadın paltarında şəhərdən çıxmağa çalışırlar. Artıq bu yollarla şəhərdən çıxmağa çalışan 50-ə qədər İŞİD-çı həbs edilib. Koalisiya qüvvələri İŞİD-ın əsas hissələrini, mərkəzi yerlərini bombardman edib. Düşünürəm ki, Mosul problemi yaxın günlərdə həll olunacaq. İŞİD-ın əsas paytaxtı sayılan Mosul terrorçulardan azad ediləcək. Növbədə Suriyanın Rakka şəhəridir. Bu şəhərin alınması bəlkə də Mosul qədər böyük toqquşmalar və güc tələb etməyə bilər. Bir sözlə, İŞİD-ın sonu çatıb. Terror qruplaşması məhv edilsə də, qaçıb canlarını qurtaran İŞİD-çıların tapılması, onların son müqavimətinin qırılması bir müddət davam edəcək”.
Politoloq əməliyyatların davamlı olacağını düşünür: “İndiki əməliyyatların dayandırılması ehtimalı sıfıra bərabərdir. Çünki ABŞ bu məsələdə xüsusi iradə ortaya qoyub. Amerikanın Yaxın Şərqlə bağlı böyük planı var. Bu planın həyata keçməsi üçün İŞİD və Suriyadakı mövcud rejimin məhv edilməsi vacib görünür. Bunlar qaldıqca, ABŞ planlarını Yaxın Şərqdə həyata keçirə bilməyəcək. Bundan başqa qeyd edim ki, Mosul İraqın ikinci böyük şəhəridir. İŞİD bura kifayət qədər böyük qüvvə toplamışdı. Burada bir təhlükə də var. İŞİD problemi aradan qaldırıldıqdan sonra məzhəb davasının salınmaması çox vacibdir. Çünki əməliyyatlarda İraq ordusu tərəfindən İranın müdafiə etdiyi şiələr də iştirak edir. Bunlar sünnilərə qarşı münasibətdə bir dəfə çox qəddar hərəkət ediblər. Hazırda Türkiyə və Amerikanın ən çox qorxduğu məsələ İŞİD-dan sonrakı Mosulun taleyi və şəhərin idarəçiliyinin kimlərə həvalə olunmasıdır. Burada düzgün addım atılması ən vacib amil kimi öndədir”.
Q.Hüseynli Türkiyənin Mosulla bağlı mövqeyinə də toxundu: “Türkiyə İŞİD-a qarşı əməliyyatlarda bir az geciksə də, düşünürəm ki, sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün atdığı addımlar kifayət qədər qətiyyətlidir. Yaxın Şərq məsələlərinin həll edilməsində Türkiyə yaxından iştirak edəcək. Bu məsələlərin həll edilməsi üçün siyasi danışıqlar masa arxasına keçdiyi zaman qardaş ölkənin mövqeyi həlledici rol oynayacaq. Bir sözlə, Türkiyənin əməliyyatlara qoşulması bölgədəki mövqeyini bir qədər də möhkəmləndirdi
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.