Gicitkən çox qədim zamanlardan başlayaraq müasir dövrədək tərəvəz bitkisi kimi yeyilir. Ondan hazırlanan sup, salatlar nəinki dadlı, həm də orqanizm üçün çox faydalıdır. Hazırda bitkinin cavan yarpaq və zoğlarını erkən yazda toplayıb, kətə, qutab, borş, sup, salat və s. hazırlanmasında geniş istifadə edirlər.
Cavan zoğlarını duza və turşuya qoyur, yeri gəldikdə süfrəyə qoyub iştahgətirici ədviyyə kimi yeyirlər. Gicitkənin yarpağı çox qiymətli polivitaminli məhsuldur. Odu ki, müasir tibbdə ondan dəmləmə və duru ekstrakt halında bir sıra xəstəliklərin müalicəsində geniş istifadə edilir. Məsələn, daxili qanaxmalarda qankəsici, mədə-bağırsaq xəstəliklərinin müalicəsində həzm prosesi və maddələr mübadiləsini yaxşılaşdıran, bağırsaqların iltihabını aradan qaldıran vasitə, eləcə də qanazlığında, vərəm, sinqa raxit, avitaminoz, qızdırma, mədə yarası, nəfəs yolları, onikibarmaq bağırsaq xəstəlikləri, böyrək daşı və s.-nin dərmanı kimi tətbiq olunur.
Gicitkən qanda hemoqlobin və eritrositlərin artmasına kömək edir. Bir sözlə, orqanizmdə qanyaradıcı rolunu oynayır.
Bitki «qanı» adlandırılan xlorofil bitkinin yarpağında kulli miqdarda olduğundan qanazlığında, orqanizmin müqavimətinin artırılmasında istifadə edilir.
Gicitkən sıyığını balla qarışdırıb, prostat vəzinin adenomiyası xəstəliyinə qarşı cəmi 3 gün qəbul etdikdə vəzin şişmə prosesi dayanır və xəstəlik bir ay müddətində aradan qalxır.
Gicitkən və qoz yarpağından hazırlanmış sıyığı balla qarışdırıb daxili orqanlarında xərçəng olan xəstəyə verdikdə xərçəng hüceyrələrinin inkişafı dayanır.
Mədəsi xərçəng xəstəliyinə tutulmuş yaşlı bir xanım hər gün 2-3 stəkan gicitkən ekstraktı qəbul etməklə özünü sağaltmışdır. Gicitkən yarpaqlarından alınan yaşıl maddə ətriyyat, kosmetika, yeyinti və tibb sənayesində geniş tətbiq edilir. Cavan zoğlarından yem kimi toyuq və donuzların qidalarına əlavə edirlər. Balıqçılar tutduqları balıqları xarab olmamaq üçün gicitkən bitkisi ilə örtürlər. Çörək qıtlığı dövrlərində gicitkən xalqımızın köməyinə çatan ən faydalı yeməli bitki olmuşdur.
Prostat vəzində xəstlkilərin əmələ gəlməməsi üçün bunlara əməl etmək lazımdır:
40 yaşından yuxarı kişələr ən az ildə 1 dəfə yoxlamadan keçməlidir.
Şəkər tərkibli qidalardan, spirtli içkilərdən, yağlı qidalardan az istifadə eləməli, meyvə və tərəvəzə üstünlük verməlidir.
Anus bölgəsinin əzələlərini çalışdıran hərəkətlər etməlidir.
Tərkibində A, C, E vitaminləri olan qidalarla qidalanmalıdır./saqlamheyat.az/
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.