Türkiyənin Gömrük və Ticarət Nazirliyi reklam yerləşdirilməsi qaydalarının sərtləşdirilməsinə dair qanun layihəsi hazırlayır.
Oxu.Az xəbər verir ki, “Milliyyet” qəzətinin məlumatına görə, qanun layihəsinə əsasən reklam çarxlarında “70% endirim”, “ilk dəfə”, “sadəcə indi”, “tələsin” kimi müştərini şirnikləşdirən, məhsulu almağa sövq edən sözlərdən istifadə olunmayacaq.
Nazirliyin məlumatında qeyd olunur ki, Türkiyə ərazisində astrologiyaya aid kitab və broşurların, ekstrasenslərin reklamını qadağan etmək planlaşdırılır.
Qanun layihəsinə əsasən, ölkə ərazisində reklam çarxlarında dərman preparatlarının reklamı qadağan olunacaq. Həmçinin, dini atributların reklam çarxlarında nümayiş etdirilməsini qadağan etmək planlaşdırılır.
Xatırladaq ki, yeni qanun layihəsi yaxın günlərdə Türkiyə parlamentinin müzakirəsinə təqdim olunacaq.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.