Kürk geyimlərə xüsusi sevgisi olan türk müğənni Bülənt Ərsoy qəarını dəyişib.
Axşam.az acunn.com-a istinadən xəbər verir ki, kürk geyindiyi üçün illərdir heyvansevərlərin də tənqidi ilə üzləşən ifaçı, bundan sonra kürk geyinməyəcəyini açıqlayıb:
“Söz vermişəm, bundan sonra kürksüz olacam”.
B.Ersoy artıq qarderobunu da yeniləməyə başlayıb. O, özünə yeni geyimlər hazırlaması üçün modelyer Tanju Babacana müraciət edib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.