"InStyle" jurnalı ikinci dəfə illik mükafatlarını təqdim edib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, gecədə "Dəb ikonası" mükafatını alan aktrisa Nikol Kidman xüsusi diqqət çəkib. O, mərasimə həyat yoldaşı Kit Urbanla qatılıb. Cütlüyün boşanacağı haqda xəbərlər yayılsa da, birlikdə görünərək söz-söhbətə son qoyublar.
"İlin sıçrayışı" mükafatını isə hind aktrisa Priyanka Çopra alıb.
Gecədə Şeylin Vudli, Dita fon Tiz, Tom Ford, Bredli Kuper, Culiana Mur və digər ulduzlar iştirak edib. B.Kuperin mükafatlandırmaya sevgilisi, model İrina Şeyksiz qatılması da diqqətdən yayınmayıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.