banner
banner

Sosİal

“Qorxudan yata bilmirəm” – Torpaq sürüşməsi sakinləri narahat edir – VİDEO, FOTO

“Qorxudan yata bilmirəm” –
İsmayıllıda ard-arda baş verən sürüşmələri əhali arasında təşviş yaradıb.
 
ARB Şəki xəbər verir ki, İstisu kəndində dağın yamacında yerləşən torpaq uçqunları nəticəsində təsərrüfat sahələrinə ziyan dəysə də, yaşayış evlərində hələlik təhlükəli vəziyyət qeydə alınmayıb.
 
Kənd sakinləri isə yağıntının davam edəcəyi təqdirdə yarana biləcək təhlükədən narahatlıq keçirir.
 
Kənd sakini: “Mən gecələr evdə qorxudan yata bilmirəm. Bir taqqıltı olan kimi, qaçıram ki, görəsən torpaq gəlir, yoxsa gəlmir”.
 
Kənd sakini: “Düzdür, hələ ki, bizə ziyan dəyməyib. Hələ ki, təhlükə yoxdur. Amma görünür ki, olacaq”.
 
İsmayıllı rayon FHK-dan verilən məlumata görə, artıq yağışların kəsməsi səbəbindən sürüşmənin aktivliyi dayanıb, Lakin yağıntılar davam edərsə sürüşmənin yenidən aktivləşəcəyi ehtimal olunur. İstisu kəndinin sürüşmə zonasına Geoloji Planlama Ekspedisiyası yenidən baxış keçirib. Sürüşmənin dinamikası, dəyə biləcək ziyan, qabaqlayıcı tədbirlər və s haqda müvafiq qurumları məlumatlandırmaq üçün araşdırmalar aparılır.
 
 
 





Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.