banner
banner

Dünya

Türklər erməni iddialarına qarşı

Türklər erməni iddialarına qarşı

Türkiyə Böyük Millətlər Məclisi (TBMM) 1915-ci il hadisələri ilə bağlı lobbiçilik fəaliyyətlərini genişləndirməyə başlayıb.

ANS PRESS-in məlumatına görə, TBMM sədrliyi bunun üçün xüsusi plan hazırlayıb. TBMM-nin spikeri Cəmil Çiçək 1915-ci il hadisələri ilə əlaqədar olaraq məclisdəki xarici əlaqələr komitələrinin rəhbərləri ilə bir araya gəlib. Çiçəkin rəhbərliyi ilə baş tutan iclasda Avropa İttifaqı İnteqrasiya və Xarici İşlər Komissiyası rəhbərləri, Türkiyə Avropa İttifaqı müştərək parlament komissiyası rəhbəri və beynəlxalq parament assambleyalarının Türkiyə deleqasiya rəhbərləri iştirak edib.

Açıqlanan plana əsasən, “erməni soyqırımı” iddialarının 100-cü ili səbəbilə dünyanın bir çox ölkəsində erməni lobbisinin başladacağı hücumlara qarşı fəaliyyətlər nəzərdə tutulub. Bunun üçün Çiçək həmkarlarına məktub ünvanlayacaq.

“Tarixi hadisələrə tarixçilər, elm adamları qərar verməlidir. Müştərək komissiyanın fəaliyyətlərindən nəticə çıxana qədər parlamentlərdən qərar verilməsi doğru deyil.” –deyə C.Çiçək bildirib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.