banner
banner

Dünya

Bəşər Əsəd kürdlərlə gizli sövdələşməyə getdi

Bəşər Əsəd kürdlərlə gizli sövdələşməyə getdi

Keçən ay Rusiyanın təşkilatçılığı və vasitəçiliyi ilə Suriyada hakimiyyətdə olan Bəşər Əsəd ilə ölkənin bir hissəsinə nəzarət edən kürdlərin PYD qruplaşması arasında görüş olub.

Lent.az xəbər verir ki, bu barədə Türkiyənin “Cumhuriyyət” qəzeti məlumat yayıb.

Bildirilir ki, gizli keçirilən görüşdə kürd tərəfi Suriyanın federasiyaya çevrilməsini, kürdlərin hərbi qüvvəsi sayılan YPG-nin isə bu quruluş çərçivəsində asayişi təmin edən güc olmasını təklif edib.

Sentyabrın 17-də Afrinin 100 kilometr cənubundakı “El Humeyim” bölgəsinin rus hərbi bazasında baş tutan görüşdə hökumət və kürd təmsilçiləri ilə yanaşı Rusiyanı təmsil edən şəxslər də iştirak edib. Bəşər Əsəddən ən yüksək siyasi muxtariyyət tələb edən kürdlər onun adamlarına 9 maddəlik təkliflər toplusu da təqdim edib. Bu sənəddə kürdlərə və digər etniklərə sosial və siyasi sərbəstliyin verilməsi, özünüidarə hüququnun tanınması, asayişin təmin edilməsi kimi məqamlar yer alıb. Görüşün nəticəsi olaraq birgə komissiyanın yaradılacağı qərarının verildiyi bildirilir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.