banner
banner

Dünya

İran Parlamentində "Türk fraksiyası" işə başladı

İran Parlamentində "Türk fraksiyası" işə başladı
Oktyabrın 30-da İran Parlamentində (İslam Şurası Məclisi) Türk deputatlardan ibarət fraksiya rəsmən fəaliyyətə başlayıb. 

Bu haqda musavat.com-a Ümid Partiyasının sədr müavini Rüfət Muradlı məlumat verib. 

O, bildirib: "Artıq neçə aydır bu haqda müzakirələr gedirdi. Nəhayət parlamentdə ölkədəki türklərin təmsilçilərindən 100-ə yaxın deputatın iştirakı ilə fraksiya yaradılıb. Şərqi Azərbaycandan millət vəkili Məsud Pezeşkiyan fraksiyanın sədri, Urmiyənin parlamentdəki təmsilçisi Nadir Qazipur və Ərdəbilin deputatı Rza Kərimi sədr müavinləri seçiliblər. Fraksiyanın fəaliyyətinin sonucunu gözləmədən, parlamentdə təmsil olunanların hansı filtrlərdən keçməsini belə nəzərə alaraq "Türk faktoru"nun daim məhdudiyyətlərə düçar olduğu İran gerçəyində  ilkin dəyərləndirməm budur ki, bütünlükdə bu hadisə irəliyə doğru atılmış bir addımdır. İnanırıq ki, yaradılmış fraksiya öz fəaliyyətində Azərbaycan və ölkədəki bütün türklərin sorunlarının çözülməsində təsirli olsun".


Musavat.com
 

cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.